Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dadaş Cəfərov Agentliyin İnformasiya texnologiyaları və elektron idarəetmə sektorunun müdiri təyin olunub.
Bununla bağlı Agentliyin sədri Elnur Bağırov müvafiq əmr imzalayıb.
Dadaş Cəfərov daha əvvəl özəl IT şirkətlərində İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərib.
Dadaş Cəfərov