SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Ekspertdən təklif: Cərimələrin 5 faizi daha çox ehtiyacı olan polislərə verilsin

Ekspertdən təklif: Cərimələrin 5 faizi daha çox ehtiyacı olan polislərə verilsin

Cərimələrin 5 faizi polislərin sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə edilməsi onların sosial vəziyyətinin bir qədər də yaxşılaşmasına səbəb olacaq.

Bunu Yurd.Media-ya açıqlamasında Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, ekspert Elçin Bayramlı bildirib.

Onun sözlərinə görə, Azərbaycanda polis işçilərinin maaşı o qədər də yüksək deyil, sosial problemli, ailəsi böyük olan əməkdaşlar var ki, maddi çətinlik çəkirlər:

“Başqa ölkələrdə polislər çox yüksək maaş alırlar. Çünki ictimai asayiş, ölkənin təhlükəsizliyi məsələləri onlardan asılıdır. Eyni zamanda təhlükəli və stressli işdir”.

ekspert Elçin Bayramlıekspert Elçin Bayramlı

E.Bayramlı təklif edib ki, yardımlar daha çox ehtiyacı olan işçilərə verilsin.

O qeyd edib ki, cərimədən yığılan vəsait qeyri-stabil olsa da, dövlət büdcəsinə düşən yükü azaldır:

“Dəyişiklik həm də orqan əməkdaşlarının işlərinə daha məsuliyyətlə yanaşmasına, stimullaşmaya müsbət təsir edəcək”.

Qeyd edək ki, Milli Məclisin dünən keçirilən plenar iclasında təsdiq olunan “Polis haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. 

Layihəyə əsasən, yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizi onların sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə olunacaq.

Prime Leasing