SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Dubay şokoladı, yoxsa şirin təhlükə? - Həkimlər həyəcan təbili çalır

Dubay şokoladı, yoxsa "şirin təhlükə"? - Həkimlər həyəcan təbili çalır

Tibbi araşdırmalar nəticəsində məlum olub ki, tərkibində mikrotoksinlər aşkar olunan bəzi şokoladlar uzunmüddətli istifadədə xərçəng riski yarada bilər.

Yurd.Media xəbər verir ki, bunu "Baku TV"yə açıqlamasında terapevt Sübhan Hacıyev bildirib.

Almaniyalı alimlərin apardığı testlərin nəticələrinə görə, məşhur Dubay şokoladları sağlamlıq üçün təhlükə yaradır.

Şokoladın tərkibində qaraciyərdə xərçəng yaratma riski olan müəyyən kimyəvi birləşmələr, palma yağı və müxtəlif qida boyalarının olduğu iddia olunur.

İnsanlar zərərli olduğunu bildikləri halda belə məhsullardan istifadə etməkdən çəkinmirlər.

Terapevtin sözlərinə görə, Dubay şokoladlarının uzun müddət satış rəflərində qala bilməsi üçün istifadə olunan emulqatorlar və konservantlar məhsulun tərkibinə ciddi zərər vura bilər. Bu maddələr orqanizmdə istehlak olunduqda bir çox mədə-bağırsaq xəstəliklərinə, xüsusilə bağırsaq mikroflorasının pozulmasına və digər problemlərə səbəb ola bilər.

Qida eksperti Məhsəti Hüseynova isə bildirib ki, Dubay şokoladlarının ucuz başa gəlməsi üçün onların tərkibində daha çox kimyəvi qatqılardan, məsələn, fıstıq dadı verən aromatizatorlardan və keyfiyyətli yağ əvəzinə trans yağlardan istifadə olunur. Bu isə ürək-damar xəstəlikləri riskini artıraraq qəfil ürək tutmalarına səbəb ola bilər.

"Son zamanlarda Avropada, xüsusilə Almaniyada aparılan araşdırmalar göstərir ki, mənşəyi bəlli olmayan Dubay şokoladlarında istifadə olunan aromatizatorlar, doymuş yağlar və qida boyaları - xüsusilə E140 və E141 - insan sağlamlığına mənfi təsir göstərir. Yaxşı olar ki, belə təhlükəli, riskli və şübhəli məhsullardan tamamilə uzaq durulsun", - mütəxəssis bildirib.

Qeyd edək ki, Dubay şokoladlarının satış qiyməti 20–60 manat arasında dəyişir.

Prime Leasing