SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
DSX-dən əməliyyat: narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı

DSX-dən əməliyyat: narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alındı

  • 14 iyul 2025, 12:09

İyul ayının 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib.

Yurd.Media xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, sərhəd zastavası dərhal "Silaha" komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılıb və sərhəd axtarışı həyata keçirilib.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, 1993-cü il təvəllüdlü Rizman Qardaş oğlu Həsənov saxlanılıb, üzərinə baxış zamanı ümumi çəkisi 13 kiloqram 400 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Prime Leasing