SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edirlər

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edirlər

  • 10 may 2026, 12:19

Dövlət və hökumət rəsmiləri Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edirlər.

Yurd.Media xəbər verir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, müdafiə naziri Zakir Həsənov Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları