SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Dövlət avtomobilləri satışa çıxarılır

Dövlət avtomobilləri satışa çıxarılır

  • 20 iyun 2025, 10:37

Azərbaycanda dövlət qurumlarına məxsus bir sıra nəqliyyat vasitələri hərraca çıxarılır.

Yurd.Media-nın məlumata görə, siyahıda Müdafiə Nazirliyi, Dövlət Ehtiyatları Agentliyi və Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna aid ümumilikdə 78 ədəd nəqliyyat vasitəsi yer alıb.

Satışa çıxarılan nəqliyyat vasitələrinin buraxılış ili 1972-ci ildən 2013-cü ilədək, start qiyməti isə 1200 manatdan başlayaraq 119 000 manatadək dəyişir.

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Prime Leasing