Azərbaycan 2016-cı ildə ŞƏT-nin dialoq üzrə tərəfdaşı statusuna malikdir. Keçən dövrdə Azərbaycan ardıcıl olaraq təşklat üzvləri ilə iqtisadi əməkdaşlığı gücləndirmişdir. Təkçə keçən il Azərbaycanın ŞƏT üzv ölkələrə ixracı 8.3mlrd dollar təşkil etmişdir ki, bu əvvəlki il ilə müqayisədə 27%-lik artım deməkdir. Çinlə ticarət həcmi record həcmi - 3.1 mlrd dollar keçimişdir.
Bunu Yurd.Media-ya Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, eyni zamanda Azbaycan Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas həlqəsidir. Təkcə bu ilin 6 ayında bu marşrut ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi 4.2mln tonu keçmişdir.
Deputat vurğulayb ki, regionda sülhün təmin olunması və Azərbaycan Prezidentinin təşəbbüslərinin həm Şərqdə, həm də Qərbdə dəstəklənməsi ölkəmiz üçün mühüm geo-iqtisadi imkanlar yaradır:
"Şərq və Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Avrasiyanın Şərqini əhatə edən ŞƏT ilə əməkdaşlığının güclənməsi ölkəmizin çox vektorlu siyasətinə və milli maraqlarına da uyğundur. Nəzərə alsaq ki, ŞƏT-nın hazırkı 10 üzvündən 3-cü Türk Dövlətləri Təşkilatın üzvü, 1-i qardaş Pakistan, digərləri isə ölkəmizin sıx iqtisadi partnyorlarıdır – o zaman bu təşkilatı Azərbaycanın Şərqdə iqtisadi maraqlarının təmin olunması üçün əlverişli platforma hesab etmək olar".