SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Daşkəsəndə dəm qazından zəhərlənən ailənin hazırki tibbi vəziyyəti açıqlandı - YENİLƏNİB

Daşkəsəndə dəm qazından zəhərlənən ailənin hazırki tibbi vəziyyəti açıqlandı - YENİLƏNİB

  • 14 may 2025, 10:45
Daşkəsən

"14.05.2025-ci il tarixində saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

1986, 1990 və 2017-ci il təvəllüdlü şəxslərə dəm qazının toksik təsiri diaqnozu təyin edilib və onların hər birinə zəruri tibbi yardım göstərilib".

Bu barədə Yurd.Media-nın sorğusuna əsasən, TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, zəhərlənən hər 3 şəxs ambulator müalicə üçün evə buraxılıb:

"Vəziyyətləri kafi qiymətləndirildiyindən onların hər biri ambulator müalicə üçün evə buraxılıb".

*** 09:32

Daşkəsən rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Yurd.Media xəbər verir ki, "Unikal"ın məlumatına görə, zəhərlənənlər 1986-cı il təvəllüdlü Elvin Əliyev, onun həyat yoldaşı 1990-cı il təvəllüdlü Aygün Əliyeva və onların 2017-ci il təvəllüdlü azyaşlı övladı Fərid Əliyevdir. Onlar dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlər ailə üzvlərinə ilkin tibbi yardım göstəriblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

İlkin ehtimallara görə, ailə yaşadıqları evin vanna otağında dəm qazına məruz qalıb. Faktla bağlı araşdırma aparılır.