SÜJET

Süni intellekt Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Kəngərliyə yola salınan ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB

Kəngərliyə yola salınan ailələrə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB

  • 20 may 2025, 14:34
Ağdam

Ağdam rayonunun Kəngərli kəndinə yola salınan köç çatıb, mənzillərin açarları təqdim edilib.

Yurd.Media xəbər verir ki, bununla Kəngərli kəndinə Bakıdan 15 ailə (65 nəfər), Ağdam rayonundan 12 ailə (47 nəfər), Bərdə rayonundan 12 ailə (45 nəfər), Yevlax şəhərindən 8 ailə (35 nəfər), Göyçay rayonundan 2 ailə (9 nəfər), Zərdab rayonundan 1 ailə (6 nəfər) olmaqla ümumilikdə 50 ailə (207 nəfər) köçürülüb.

***09:12

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Yurd.Media xəbər verir ki, bu mərhələdə keçmiş məcburi köçkünlər Ağdam rayonunun Kəngərli kəndinə köçürülürlər.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Yurd.Media xəbər verir ki, Bakı şəhərindən köçürülən 16 ailə (69 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından səhər saat 7:00-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam RİH-nin nümayəndələri tərəfindən yola salınıb.

Bu mərhələdə Kəngərli kəndinə 50 ailə - 207 nəfər köçürülür.