SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Cəzalandırılan vəkillərin sayı açıqlanıb

Cəzalandırılan vəkillərin sayı açıqlanıb

  • 19 yanvar 2026, 09:41

Azərbaycanda 2025-ci ildə Kollegiyasdan çıxarılan və fəaliyyəti dayandırılan vəkillərin sayı açıqlanıb.

Yurd.Media xəbər verir ki, Vəkillər Kollegiyasının 2025-ci il fəaliyyəti ilə bağlı hesabatında bildirilir ki, ötən il 5 vəkil kollegiyadan xaric edilib, 10-nun fəaliyyəti müəyyən müddətə dayandırılıb.

2024-cü ildə daxil olmuş və baxılmış 16, 2024-cü ildə daxil olmuş və 2025-ci ildə baxılmış 35, 2025-ci ildə daxil olmuş və baxılmış 118 intizam işi üzrə Vəkillərin İntizam Komissiyasının qəbul etdiyi müvafiq rəylər (habelə icraata xitamla bağlı arayışlar) əsasında VK Rəyasət Heyəti tərəfindən ümumilikdə 169 qərar qəbil edilib.

Onlardan intizam tənbehi tətbiq edilmədən qanunvericiliyin tələblərinə riayət etməni diqqətə çatdırma 36 (21 %), xəbərdarlıq etmə 4 (2 %), irad tutma 18 (11 %), töhmət vermə 21 (12 %), cərimə 2 (1 %), vəkillik fəaliyyətini müəyyən müddətə dayandırma 10 (6 %), Kollegiya üzvlüyündən xaric etmə (vəkil sayına görə) 5 (3 %), pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və sair əsaslarla intizam icraatına xitam vermə 40 (24 %), habelə qiymət verilməsinin mümkün olmaması 33-dür (20 %).

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları