Ceyhun Əfəndiyev Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda yeni vəzifəyə təyin olunub.
Yurd.Media-nın əldə etdiyi o, Fondun departament direktorunun müavini vəzifəsində fəaliyyətə başlayıb.
O, bundan əvvəl 2019-cu ilin avqustundan Fondun Anderraytinq və Konsaltinq bölməsinin (maliyyə təhlili) rəhbəri olub. Daha əvvəl isə 2018-ci ilin fevralından 2019-cu ilin avqustunadək Fondun baş meneceri vəzifəsində çalışıb.
Ceyhun Əfəndiyevin bank sektorunda da uzunmüddətli iş təcrübəsi var. O, 2011-2018-ci illərdə "DemirBank"da kredit anderraytinqi istiqamətində müxtəlif vəzifələrdə, o cümlədən Kredit Anderraytinqi Departamentinin rəhbəri, Anderraytinq bölməsinin rəhbəri, KOS üzrə korporativ kredit analizi üzrə mütəxəssis və digər vəzifələrdə çalışıb.
Ceyhun Əfəndiyev