SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Məhkəmə tikinti şirkəti Diadem ASC-ni CƏRİMƏLƏDİ

Məhkəmə tikinti şirkəti "Diadem" ASC-ni CƏRİMƏLƏDİ

  • 03 oktyabr 2026, 14:16

Tikinti şirkətlərinə podrat xidmətləri göstərən və tikinti materiallarının satışı ilə məşğul olan "Diadem" ASC valyuta qaydalarını pozmaqda ittiham edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 2024-cü ildə 13,2 min ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaitini bank hesablarından müvafiq rekvizitlər üzrə köçürülüb. 

Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydalarına əsasən mallar idxal edilməyib, xidmətlər göstərilməyib və ya qabaqcadan ödənilmiş vəsait geri göndərilməyib. 

Buna görə də ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə "Diadem" ASC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin iyirmi faizi miqdarında, yəni 2,6 min ABŞ dolları məbləğində cərimə olunub.

Qeyd edək ki, "Diadem" ASC 3 milyon manat nizamnamə kapitalına malikdir və 2017-ci ildən fəaliyyət göstərir. Fuad Dostumalıyevin direktoru olduğu şirkətin səhmlərinin 75 faizi (3000 ədəd) Elbrus Nəbiyev Ənvər oğluna, 25 faizi (1000 ədəd) isə Kəmalə Dostumalıyeva Qocakişi qızına məxsusdur.  

Diadem tez-tez tenderlərdə qalib gələrək, milyonlarla manat sifarişlər alıb. Xüsusilə, Şirkət Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun keçirdiyi tenderlərdə qalib olurdu. Məsələn, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən Abşeron rayonu ərazisində 1152 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 29 ədəd yaşayış binalarının tikintisinin satınalması üzrə elan etdiyi tenderin qalibi "Diadem" ASC olmuşdu.

“Diadem” ASC ötən ili 6 milyon 469,5 min manat cəmi məcmu zərərlə başa vurub.

Skat.az - Ev və Avtomobil elanları