Bakıda bəzi telefon nömrələrinin qiyməti 100 min manatı aşıb.
Yurd.Media "Yeni Sabah"a istinadən xəbər verir ki, son zamanlar mobil operatorların xüsusi indeksli və nadir kombinasiyalı telefon nömrələri onlayn elan platformalarında astronomik qiymətlərlə satışa çıxarılır.
Bəzi SİM-kartların qiymət etiketləri hətta paytaxt Bakıda tam təmirli mənzil qiyməti ilə yarışacaq həddə çatıb.
Təqdim olunan elanlar arasında ən bahalı təkliflər sırasına 120 000 manata "(050) 666-66-66" və "(051) 555-55-55" nömrələri rəhbərlik edir. Eyni rəqəmlərin ardıcıl təkrarlanmasından ibarət olan bu kombinasiyalar faktiki olaraq mənzil qiymətinə təklif olunur.
Diqqət çəkən digər yüksək qiymətli elanlar isə aşağıdakılardır:
(050) 288-88-88 nömrəsi üçün satıcı 85 000 manat tələb edir.
(051) 900-00-00 nömrəsi isə 72 000 manata alıcı axtarır.
