Braziliyanın yerli tələblərə və artan istehlakçı tələbatına cavab verən məhsullarla Azərbaycan bazarında mövcudluğunun tədricən bərpası gözlənilir.
Yurd.Media xəbər verir ki, Azərbaycan Braziliyadan termiki emal edilmiş ət məhsullarının (quş əti, mal əti, qoyun əti, keçi əti) ixracına icazə verib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Braziliya tərəfinə müvafiq rəsmi bildirişi kənd təsərrüfatı və heyvandarlıq naziri Karlos Favaro, katiblər Luis Renato Ruoy (Beynəlxalq əlaqələr), Karlos Qulart (Kənd təsərrüfatı mühafizəsi) və onların texniki komandaları ilə aparılan müzakirələr zamanı təqdim edib.