SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bu şəxslərlə sosial reabilitasiya işi aparılır

Bu şəxslərlə sosial reabilitasiya işi aparılır

  • 04 sentyabr 2025, 11:23

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən hazırda 78 repatriantla sosial reabilitasiya işi aparılır.

Yurd.Media nazirliyə istinadən xəbər verir ki, ölkəmizə repatriasiya olunmuş hər bir şəxsin ilk növbədə sosial-psixoloji qiymətləndirilməsi aparılaraq, sosial reabilitasiya planı hazırlanır. Bu plan üzrə sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilir.

Agentlik ümumiilikdə ötən dövrdə 560 repatriantı sosial reabilitasiya xidmətlərinə cəlb edib.

Prime Leasing