SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bu şəhərlərdə appelyasiya komissiyası təşkil ediləcək

Bu şəhərlərdə appelyasiya komissiyası təşkil ediləcək

  • 20 iyul 2025, 17:28

1602 və 211-ci komissiyalar üzrə Gəncə və Lənkəran şəhərlərində rəsm fənnindən keçirilmiş qabiliyyət imtahanının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün apellyasiya komissiyası təşkil ediləcək.

Bu barədə Yurd.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, apellyasiya komissiyası 23 iyul 2025-ci il tarixində saat 10:00-dan 13:00-dək fəaliyyət göstərəcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyən abituriyentlər şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə birlikdə imtahan verdiyi şəhərə müvafiq olaraq, Dövlət imtahan Mərkəzinin Gəncə və ya Lənkəran regional bölmələrinə şəxsən yaxınlaşıb, ərizə yazmalıdırlar.

Prime Leasing