SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Dövlət Xidmətinin tətbiq edilən cərimələrdən toplanan vəsait belə istifadə olunacaq - QƏRAR

Dövlət Xidmətinin tətbiq edilən cərimələrdən toplanan vəsait belə istifadə olunacaq - QƏRAR

  • 21 iyul 2025, 13:21

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) tətbiq etdiyi cərimələrdən toplanan və həmin Xidmətin hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq edilib.

Yurd.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qayda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 49.5-ci maddəsinə uyğun olaraq hazırlanıb və SHXÇDX-də xidmət keçən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması məqsədilə Xidmətin xəzinə hesabına köçürülən cərimələrdən (bundan sonra – büdcədənkənar vəsait) istifadə qaydasını müəyyən edir.

Büdcədənkənar vəsait dövlətin mülkiyyəti hesab olunur, Xidmətin sərəncamındadır və onun sərəncamçısı dəyişdirilə bilməz.

Büdcədənkənar vəsait yuxarıda adıçəkilən qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Xidmət tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi hesabına formalaşdırılır.

Büdcədənkənar vəsaitin təyinatı üzrə istifadə edilməsi məqsədilə Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində Xidmət üçün xüsusi xəzinə hesabı açılır.

Büdcədənkənar vəsaitin yığılması və istifadəsi gəlirlər və xərclər smetasına uyğun olaraq həyata keçirilir.

Prime Leasing