SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bu rayon yolları hava şəraiti səbəbindən KEÇİLMƏZDİR

Bu rayon yolları hava şəraiti səbəbindən KEÇİLMƏZDİR

  • 14 yanvar 2026, 08:46

Ötən gecədən başlayaraq kəskin hava şəraiti səbəbindən Azərbaycanın bir sıra rayonlarının yollarında çətinliklər müşahidə edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yurd.Media-ya verilən məlumata görə, Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir.

Bundan başqa, Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır.

Eyni zamanda, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb.

Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları