SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Bu gün general olan hərbçilər kimlərdir - FOTO

Bu gün general olan hərbçilər kimlərdir - FOTO

  • 07 noyabr 2026, 22:42

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Yurd.Media “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sərəncamla “general-leytenant” hərbi rütbəsi verilən Zaur Zeynalabdul oğlu Rüstəmov nazirliyin Hərbi Hava Qüvvələrinin komandanının müavini - Hava Döyüş komandiridir.

Zaur RüstəmovZaur Rüstəmov

“General-mayo” hərbi rütbəsi verilən polkovnik Elnur Əli oğlu Ələsgərli​ Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitutunun rektorudur.

Elnur ƏləsgərliElnur Ələsgərli

“General-mayor” hərbi rütbəsinə layiq görülən digər hərbçi Hikmət Rövşən oğlu Əliyev Hərbi Hava Qüvvələrində rəhbər vəzifələrdən birini tutur.

Hikmət ƏliyevHikmət Əliyev

Yüksək rütbə verilən polkovnik Telman Əsgər oğlu Hüseynov isə Vətən Müharibəsi Qəhrəmanıdır. O, Əlahiddə Ümumqoşun Ordu komandanının müavini vəzifəsində çalışır.

Telman HüseynovTelman Hüseynov

Skat.az - Ev və Avtomobil elanları