SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Maliyyə Nazirliyi ictimai birliyi cərimələdi

Maliyyə Nazirliyi ictimai birliyi cərimələdi

  • 07 noyabr 2026, 17:35

“Rasional Cəmiyyət Uğrunda” İctimai Birliyi cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən İctimai Birlikdə yoxlama aparılıb. 

Yoxlama zamanı məlum olub ki, “Rasional Cəmiyyət Uğrunda” İctimai Birliyi 2025-ci il üzrə maliyyə hesabatlarını təqdim etməyib və bununla da mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol verib. 

“Rasional Cəmiyyət Uğrunda” İctimai Birliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə protokol tərtib edilib. 

Səbail Rayon Məhkəməsinin qərarı ilə ictimai birlik 1500 manat məbləğində cərimə olunub.

Skat.az - Ev və Avtomobil elanları