“SOCAR Midstream”da yeni kadr təyinatı baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Əjdər Əskərov şirkətdə İstismar etibarlılığı mühəndisliyi departamentinin müdiri təyin edilib.
O, bu təyinatdan əvvəl BP-də çalışıb və 26 il bu sektorda işləyib.
Qeyd edək ki, “SOCAR Midstream Operations” MMC-nin (SMO) əsas məqsədi neftin nəqli sahəsində SOCAR-ın vahid siyasətinin icrasını təmin etmək və bu sahədə əməliyyatların idarə edilməsini təşkil etməkdir. SMO neft boru kəmərlərinin idarə edilməsini, Azərbaycanın daxilində və xaricində neftin nəqlini və saxlanılmasını, eləcə də digər müvafiq layihələrin həyata keçirilməsini təmin edir.