SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Bakı Şəhər Halqasında nəqliyyat məhdudiyyəti nə zaman bitir?

Bakı Şəhər Halqasında nəqliyyat məhdudiyyəti nə zaman bitir?

  • 25 sentyabr 2026, 20:18

Bakıdakı Formula 1 trekinin sökülməsi və yolların bərpası sentyabrın 28-dək davam edəcək.

Yurd.Media "Operativ Media"ya istinadən xəbər verir ki, Bakıda Formula 1 Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət sentyabrın 28-də başa çatacaq.

xəbər verir ki, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 20-si saat 01:00-dan sentyabrın 28-i saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Məhdudiyyət tətbiq olunan zonalara giriş-çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” ilə mümkündür.

Yarışların başa çatmasından dərhal sonra – sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaların sökülməsinə başlanılacaq. Konstruksiyaların sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması ilə əlaqədar məhdudiyyətlər sentyabrın 28-dək davam edəcək.

Məhdudiyyət səbəbindən marşrutları dəyişdirilən avtobuslar isə sentyabrın 27-dən etibarən əvvəlki hərəkət sxemi üzrə fəaliyyət göstərəcəklər.

Skat.az - Ev və Avtomobil elanları