SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Bölgələrdə sənədsiz ev problemi başağrısına çevrilib - VİDEO

Bölgələrdə sənədsiz ev problemi başağrısına çevrilib - VİDEO

  • 26 mart 2026, 23:42

Bölgələrdə, xüsusilə, kənd yerlərində fərdi yaşayış evlərinin sənədləşdirilməsi hələ də ciddi problem olaraq qalır.

Yurd.Media xəbər verir ki, sakinlər evlərinə çıxarış ala bilmədikləri üçün onları qanuni şəkildə rəsmiləşdirə bilmir, nəticədə isə alqı-satqı və mülkiyyət hüququnun ötürülməsi zamanı müxtəlif çətinliklərlə üzləşirlər.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı "Xəzər Xəbər"ə bildirib ki, daşınmaz əmlakla bağlı əksər hüquqi əməliyyatların həyata keçirilməsi üçün çıxarışın olması vacibdir.

O bildirib ki, mülkiyyətin bir şəxsdən digərinə keçirilməsi, alqı-satqı, bağışlama, girov, vərəsəlik və digər əməliyyatların aparılması yalnız rəsmi çıxarış əsasında mümkündür. Lakin kənd yerlərində evlərin çıxarışının olmaması bu sahədə ciddi problemlər yaradır.

Ekspert qeyd edir ki, mövcud çətinliklərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən sistemli və əsaslı tədbirlərin görülməsi zəruridir. Onun fikrincə, problemin effektiv həlli yalnız kompleks yanaşma və davamlı tədbirlərin həyata keçirilməsi ilə mümkün ola bilər.

Bölgələrdə sənədsiz ev problemi başağrısına çevrilib - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları