Bakıda küçə və məhəllələrdə abadlıq işlərinin aparılması üçün 8,3 milyon manatdan çox vəsait xərclənəcək.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinə başlanılır.
Məlumata əsasən, Bakı Şəhər Əsaslı Tikinti və Təmir Məhdud Məsuliyyətli Cəmiyyəti bununla əlaqədar müvafiq hazırlıqları yekunlaşdırıb.
Belə ki, qurum abadlıq işlərini “Xəzər-Construction” şirkətinə həvalə edib və onula müqavilə bağlayıb.
Sözügedən işlərin yerinə yetirilməsinə 8 345 142 manat sərf olunacaq.