SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçinin qalıqları Naxçıvanda dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçinin qalıqları Naxçıvanda dəfn olunub

  • 16 may 2025, 11:26
Şərur

I Qarabağ müharibəsində itkin düşən, 31 il sonra meyitinin qalıqları tapılan şəhid Muxtar Bayram oğlu Məmmədovun nəşi Şərurda dəfn olunub.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, şəhidin nəşi Şərur şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfndən sonra yayılım atəşi olub. Tabutun üzərinə çəkilən Dövlət bayrağı şəhidin qardaşına təqdim olunub

Dəfn mərasimində şəhid M.Məmmədovun doğmaları, Şərur və Sədərək Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Muxtar Bayram oğlu Məmmədov 1973-cü il oktyabrın 28-də Sədərək rayonunun Dəmirçi kəndində anadan olub, I Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib.

26 yanvar 1994-cü ildə erməni işğalçılarına qarşı gedən döyüşlərdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanli kəndi ərazisində itkin düşüb.