SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Binanın tikintisi bitmir, satılan saxta mənzillər - VİDEO

Binanın tikintisi bitmir, satılan saxta mənzillər - VİDEO

  • 09 may 2026, 23:43
Bakı

Bakının Nizami rayonunda fəaliyyət göstərən tikinti şirkəti ilə bağlı ciddi qalmaqal yaranıb. "Vesta Construction" MTK-ya məxsus binada eyni mənzilin bir neçə nəfərə satıldığı iddia edilir.

Yurd.Medi xəbər verir ki, Şirin Mirzəyev küçəsi, 38 ünvanında yerləşən binanın sakinləri illərdir mənzillərini təhvil ala bilmirlər. Şikayətçilər bildirirlər ki, ödənişi tam etsələr də, MTK öhdəliklərini yerinə yetirmir.

Sakinlər iddia edirlər ki, Nizami Rayon İcra Hakimiyyətinin 2016-cı il tarixli sərəncamı ilə sözügedən ərazidəki ikimərtəbəli köhnə bina "pilot layihə" çərçivəsində sökülüb. "Vesta Construction" MMC tərəfindən yeni çoxmərtəbəli binanın tikintisinə başlansa da, işlər hələ də yekunlaşmayıb və mənzillər sahiblərinə təhvil verilməyib.

Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, şirkət rəhbərliyinə öhdəliklərin icrası ilə bağlı dəfələrlə xəbərdarlıq edilib. Artıq faktla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi açılıb və hazırda istintaq davam edir. İcra hakimiyyəti məsələnin həllinin nəzarətdə saxlanıldığını qeyd edib.

Binanın tikintisi bitmir, satılan saxta mənzillər - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları