BMT Baş Assambleyasının qətnaməsinə əsasən hər ilin 3 dekabr günü Beynəlxalq Əlilliyi olan Şəxslər Günü kimi qeyd olunması münasibətlə dövlət əlilliyi olan şəxslərə 30 manat dəyərində kompensasiya ayırır.
Məsələ ilə bağlı Yurd.Media-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində bildirilib ki, proses həyata keçirmək üçün bəzi sənədlər təqdim edilməlidir:
“Hər ilin 3 dekabr günü Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə əlilliyi olan vətəndaşlarımız müraciət üçün agentliyin filiallarına yaxınlaşa və ya şəxsiyyət vəsiqəsinin surəti və əlilliyi təsdiq edən sənədin əlavə olunduğu ərizələrini agentliyin [email protected] elektron ünvanına göndərə bilərlər. Qeyd edək ki, sözügedən maddi yardımla bağlı müraciətlərə növbəlilik qaydasında baxılacaq”.
Müavinət I, II və III qrup üzrə əlilliyi olan bütün şəxslərə şamil edilir.
Agentliyin məlumatına görə, ödənişlər təsdiqlənmiş müraciətlər əsasında Sosial Xidmətlər Agentliyinin daxili maliyyə vəsaiti hesabına həyata keçiriləcək.