SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Bələdiyyə sənədi ilə torpaq alanların DİQQƏTİNƏ - VİDEO

Bələdiyyə sənədi ilə torpaq alanların DİQQƏTİNƏ - VİDEO

  • 11 yanvar 2026, 23:42

Bələdiyyə sənədi ilə alınan torpaq sahələrindəki tiklilərə çıxarış almaq mümkün olacaq.

Yurd.Media xəbər verir ki, əmlak məsələləri üzrə ekspertlər hesab edirlər ki, Bakıda və Abşeron yarmadasında təqribi 300-500 min sənədsiz ev var ki, bunlar da əsasən bələdiyyə və qeyri yaşayış sahəsi üçün nəzərdə tutulan torpaq sahələrində vaxtı ilə tikilən evlərdir.

Ekspert Ramil Osmanlı "Xəzər Xəbər"ə bildirib ki, sənədsiz evlərin leqallaşdırılması bir mərhələdən ibarət deyil. Proses əsasən torpaq sahəsinin hüquqi statusundan asılı olaraq dəyişir. Ekspert deyir ki, bəzi hallarda torpaq sahəsinin yenidən bələdiyyədən alınması zərurəti yaranır ki, bu da əlavə maliyyə öhdəlikləri deməkdir.  

Ekspert deyir ki, praktikada bu məbləğ bəzən 3500-4000 manata qədər arta bilir. Amma torpaq sahəsi artıq hüquqi baxımdan problem yaratmırsa və yalnız özbaşına tikilinin ilkin qeydiyyatı aparılırsa, xərclər nisbətən azalır.

Bu halda əsas ödənişlər texniki pasport və çıxarışın alınması ilə bağlı olur. Burada da orta hesabla çıxarış üçün rüsum və xidmət haqları 200 manata qədər, texniki pasport isə 200-300 manat təşkil edir.

Ekspert deyir ki, ümumilikdə, ölçülərdən asılıdır, amma xərclər təqribən 500-1000 manat aralığında olur.

Bələdiyyə sənədi ilə torpaq alanların DİQQƏTİNƏ - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları