SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Bayram gecəsi mağazanı talayıb 17 telefon oğurlayanlar saxlanılıb

Bayram gecəsi mağazanı talayıb 17 telefon oğurlayanlar saxlanılıb

  • 04 yanvar 2026, 18:09
Bakı

Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Bu barədə Yurd.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, naməlum şəxslər dekabrın 31-dən 1-nə keçən gecə mağazaların birinin qapısını sındıraraq içəri daxil olub və obyektdən 17 ədəd müxtəlif markalı mobil telefon, eləcə də elektron siqaretləri talayıblar. Bu barədə zərərçəkmiş şəxs polisə məlumat verib.

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən Ayxan Balakişiyev və Asif Bayramov müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslər mağazaya daxil olmamışdan öncə kameralara düşməmək üçün obyekti elektrik enerjisi ilə təmin edən naqili kəsərək sıradan çıxarıblar. Buna baxmayaraq, onların əməli anbaan lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları