Azərbaycanda ötən gün dələduzluq etdiyi üçün axtarışda olan 13 nəfər saxlanılıb.
Bu barədə Yurd.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının fevralın 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.