SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Kamran Əsədovun məhkəməsi: şahidlərin dindirilməsi üçün vəsatət qaldırılıb

Kamran Əsədovun məhkəməsi: şahidlərin dindirilməsi üçün vəsatət qaldırılıb

  • 16 aprel 2026, 18:37
Gəncə

İmtahan nəticələrinə təsir göstərməkdə təqsirli bilinən təhsil eksperti Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilib.

Yurd.Media xəbər verir ki, Gəncə şəhər Məhkəməsində keçirilən növbəti məhkəmə prosesində şahidlər dindirilib.

Onlar imtahanda yaxınlarına köməklik edilməsi üçün təqsirləndirilən Gündüz Abbasova müxtəlif məbləğlər verdiklərini bildiriblər. 

Daha sonra məhkəmədə iştirak edən Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndəsi məhkəmədə iştirak etməyən digər şahidlərin də məhkəməyə çağırlması, dindirilməsi ilə bağlı vəsatət qaldırıb.

Hakim növbəti prosesdə vəsatətə hüquqi qiymət veriləcəyini bildirib və növbətİ məhkəmə prosesini aprelin 30-na təyin edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları