SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ağsuda gənc TikTokda təhqirə görə həbs olundu - VİDEO

Ağsuda gənc "TikTok"da təhqirə görə həbs olundu - VİDEO

  • 03 mart 2026, 09:43
Ağsu

Ağsuda gənc "TikTok"da təhqirə görə həbs olundu.

Daxili İşlər Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə "TikTok" sosial şəbəkəsində saxta hesablardan istifadə edərək vətəndaşların ünvanına nalayiq ifadələr yazan şəxs saxlanılıb.

Araşdırmalarla onun 27 yaşlı rayon sakini İlham Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Abdullayev 25 gün müddətinə inzibati qaydada həbs olunub.

Ağsuda gənc "TikTok"da təhqirə görə həbs olundu - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları