SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Baş redaktor: Yeni yaradılan Media və Yayım Şurasından bir sıra gözləntilər var - VİDEO

Baş redaktor: "Yeni yaradılan Media və Yayım Şurasından bir sıra gözləntilər var" - VİDEO

Azərbaycan mətbuatının yeni yaradılan Media və Yayım Şurasından bir sıra gözləntiləri var.

Bunu Yurd.Media portalının baş redaktoru Murad Əliyev CBC FM radiosunun efirində yayımlanan “Səhər saatı” verilişində bildirib.

Onun sözlərinə görə, hazırda media bütün dünyada yeni çağırışlarla üz-üzədir:

“Misal üçün, Avropa nəhəng media yayımçıları da həyəcan təbili çalır ki, sosial media şirkətləri ənənəvi medianın reklam büdcəsini əlindən alır. Bu baxımdan Media və Yayım Şurasının fəaliyyətindən  mətbuatın maliyyə dayanıqlığına müsbət təsir edəcək addımlar gözləyirik”.

M. Əliyev həmçinin yeni formalaşan qurumun bölgələrdə peşəkar jurnalistlərin yetişdirilməsinə diqqət ayıracağına ümid etdiyini vurğulayıb:

“MEDİA agentliyi yarandığı gündən jurnalistlərin peşəkarlığının artırılmasına xüsusi diqqət ayırmışdı. Hər il təlimlər təşkil olunub, xarici ölkələrdən də peşəkar mütəxəssislər cəlb olunub. Həm jurnalistlər, media rəhbərləri, həm sosial media mütəxəssisləri üçün treninqlər təşkil edib. Bu istiqamətdə yeni yaradılan Şura regionlarda jurnalistlərin hazırlığına töhvə verməsi vcibdir. Çünki jurnalist bu gün onlayn mediada işləyir, sabah televiziyada çalışa bilər. Hətta bölgələrdə eyni işi paralel görən jurnalistlərimiz üstünlük təşkil edir. Bu baxımdan kadr hazırlığı yalnız onlayn mətbuatın deyil, bütün medianı düşündürən məsələdir. Bölgə jurnalistlərinin peşəkarılğının artırılması istiqamətində yeni Şura müəyyən işlər həyata keçirə bilər”.

 Qeyd edək ki, ötən gün Milli Məclis media sahəsində vahid qurum - Media və Yayım Şurasının yaradılmasını ilk oxunuşda qəbul edib.

"Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara təklif edilən dəyişikliklərə əsasən, müasir dövrdə milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Sözügedən mexanizm də öz növbəsində çap, onlayn və audiovizual media arasındakı sərhədlərin silinməsi, informasiya sisteminin əsas sütunu olan mediaya vahid yanaşmanı şərtləndirir.

Baş redaktor: "Yeni yaradılan Media və Yayım Şurasından bir sıra gözləntilər var" - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları