SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Balıq bazarı bugün: Yerli istehsal tələbatı ödəmir - VİDEO

Balıq bazarı bugün: Yerli istehsal tələbatı ödəmir - VİDEO

  • 28 iyun 2026, 23:08

Ölkəmizin balıq bazarında mövsümi məhdudiyyətlərin tətbiqinə baxmayaraq, müxtəlif növ balıqların satışı davam edir.

Yurd.Media xəbər verir ki, hazırda bazarlarda satışa çıxarılan balıqların böyük əksəriyyəti xaricdən gətirilən və ya təsərrüfatlarda yetişdirilən məhsullardır.

Bazarlarda alıcılara əsasən farel balığı təqdim olunur. Satıcılar AzTV-yə bildiriblər ki, tələbatın bir hissəsini idxal olunan balıqlar təşkil edir.

Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyevin sözlərinə görə, ölkədə akvakultura məhsullarının illik istehsal həcmi təxminən 3500-4000 ton təşkil edir ki, bu da daxili istehlakın yalnız kiçik bir hissəsini qarşılayır.

Alıcılar seçim imkanlarının məhdud olduğunu bildirsələr də, bəziləri təqdim olunan məhsullardan razı qaldıqlarını qeyd edirlər. Satıcılar isə qiymətlərin balığın növündən, çəkisindən və mənşəyindən asılı olaraq dəyişdiyini vurğulayırlar.

Balıq bazarı bugün: Yerli istehsal tələbatı ödəmir - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları