SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Balakəndə xarabalığa çevrilmiş Alban məbədin - VİDEO

Balakəndə xarabalığa çevrilmiş Alban məbədin - VİDEO

  • 22 mart 2026, 16:32
Balakən

Balakən rayonunun Talalar kəndində yerləşən Nur kilsəsi tarixə qovuşmaq üzrədir.

Yurd.Media xəbər verir ki, Alban dövrünün erkən xristian abidələrindən hesab olunan məbədin həm restavrasiya edilməsinə, həm də tədqiq olunmasına ehtiyac var.

Tarixçi Akif Məmmədlinin sözlərinə görə, məbədin zəng qülləsi hər an aşa bilər. Əsas bina erkən orta əsrlərə aid olsa da, zəng qülləsinin IX-XI əsrlərdə əlavə edildiyi ehtimal olunur. Tikintidə yerli çaydaşı və bişmiş əhəngdən istifadə edilib.

O, "Baku TV"yə qeyd edib ki, 1989-1990-cı illərdə qüllə tam salamat olsa da, son 30 ildə abidənin həm zəng qülləsi, həm də əsas ibadət zalının üst hissəsi tamamilə sıradan çıxıb:

"Bu abidə bizim qədim tariximizin sübutudur. Bölgədə tariximizi saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq üçün belə sübutları qorumalıyıq. Məbədin qısa zamanda bərpa edilməsi həm milli irsimizin qorunması, həm də bölgənin turizm potensialı üçün vacibdir".

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, abidənin tarixi və memarlıq əhəmiyyətinin müəyyən edilməsi üçün əraziyə baxış keçirilib. Tikili yeni aşkar edilmiş abidə kimi qeydiyyata alınıb. Abidənin dövlət reyestrinə daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən Edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılacaq.

Balakəndə xarabalığa çevrilmiş Alban məbədin - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları