SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Bakıdan bölgələrə rekord sayda sərnişin daşınması

Bakıdan bölgələrə rekord sayda sərnişin daşınması

  • 20 mart 2026, 15:32

Martın 19-da Bakıdan bölgələrə rekord sayda sərnişin daşınıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yurd.Media-ya bildirilib ki, Novruz və Ramazan bayramları ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar ötən gündən gücləndirilmiş iş rejimində çalışır.

Martın 19-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən 438 reys həyata keçirilib, 16 222 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu, son illərin rekord göstəricisidir.

Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 200-dən çox reys həyata keçirilib.

Sərnişinlərin 57%-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edərək səfərlərini reallaşdırıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları