SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bakıda Salyan şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Bakıda Salyan şosesində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

  • 28 iyul 2025, 16:35

İyulun 29-da saat 8:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sözügedən hissədə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

"Yol bağlanmır. Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.

Prime Leasing