Bakıda kosmosdakı astronavtlarla canlı bağlantı qurulacaq.
Yurd.Media xəbər verir ki, bu Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı çərçivəsində baş tutacaq.
Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı çərçivəsində media nümayəndələri üçün info sessiya zamanı Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) tabeliyində Kosmik Akademiyanın rəhbəri İmran Muxtarov deyib ki, Yer kürəsinin ətrafında 400 min kilometr yüksəklikdə dövr edən Beynəlxalq Kosmik Stansiya mövcuddur:
"Bu stansiya gün ərzində 39 dəfə Yer ətrafında dövr edir və Azərbaycan üzərindən də keçir. Bizim hədəfimiz həmin missiya çərçivəsində fəaliyyət göstərən astronavtlarla canlı bağlantı yaratmaqdır. Beləliklə, qonaqlar da bu tədbir vasitəsilə öz suallarını birbaşa astronavtlara ünvanlaya və cavablarını ala biləcəklər”, - deyə o qeyd edib.