Bu il oktyabrın 1-nə Azərbaycanda 528,1 milyon manat vaxtı keçmiş kredit olub.
Azərbaycan Mərkəzi Bankından Yurd.Media-ya bildirilib ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,5% azdır.
Ölkədə problemli kreditlər ötən ilin sonuna nisbətən 17,6%, son 1 ildə isə 10% artıb.
Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7%-dir. Başqa sözlə, hər 1 000 manat kreditin 17 manatı geri qayıtmır.