SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bakıda könüllülərin forumu baş tutdu

Bakıda könüllülərin forumu baş tutdu

Bakı

Bakıda 3 mindən çox könüllü gəncin iştirakı ilə Forum baş tutub.

Yurd.Media xəbər verir ki, Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu Gənclər və İdman Nazirliyinin, eləcə də Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilib.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Forumda çıxışı zamanı bildirib ki, könüllülük fəaliyyətinə cəlb olunmuş gənclərin 22-27 %-i sonradan könüllü olduğu və yaxud digər qurumlarda işlə təmin edilirlər.

Onun sözlərinə görə, həmin gənclər dövlətin gələcəyindəki ən böyük iştirakçılardandır:

"Dövlətimizin elə bir qurumu yoxdur ki, gənclərə öz qapılarını açmasın. Təki gənclərimiz öyrənmək, inkişaf etmək istəsin. Əgər gənclər istəsə, kifayət qədər faydalı təcrübələrdən faydalana bilərlər".

Gənclər və idman nazirinin müavini Fərhad HacıyevGənclər və idman nazirinin müavini Fərhad Hacıyev

Tədbirin gedişatında "Azərbaycan Könüllü Təşkilatları İttifaqının 2025-ci il hesabatı" video-çarxı nümayiş etdirilib. Sonra isə 2025-ci il üzrə ilin könüllülərinin mükafatlandırılması baş tutub.

Qeyd edək ki, 1985-ci ildə BMT Baş Assambleyası tərəfindən 5 Dekabr tarixinin Beynəlxalq Könüllülər Günü elan edilməsi ilə əlaqədar artıq 7 ildir Azərbaycanda hər ilin dekabr ayında "Azərbaycan Könüllülük Həftəsi" layihəsi həyata keçirilir.

Bu il də dekabrın 4-17-də davam edəcək növbəti "Azərbaycan Könüllülük Həftəsi" təşkil olunub.

Prime Leasing
SPE Annual Caspian