SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakıda buz şousu keçiriləcək

Bakıda buz şousu keçiriləcək

"Circus Sea Breeze" arenası buz məkanına çevrilərək beynəlxalq səviyyəli “Moskva Buz Sirki” şou təqdim edəcək.

Yurd.Media xəbər verir ki, Xəzərin sahilində ilk dəfə qurulacaq bu xüsusi buz səhnəsi sirk sənəti ilə buzun sehrini birləşdirərək paytaxtın yay əyləncəsi standartlarını yeni mərhələyə daşıyacaq.

30 may – 30 avqust tarixləri ərzində təqdim olunacaq layihədə beynəlxalq səviyyəli artistlərin, tanınmış akrobatların və peşəkar hava gimnastlarının yer aldığı proqramda tamaşaçılar buz üzərində mürəkkəb tryuklar, qübbə altında nəfəs kəsən uçuşlar və ideal sinxronluqla müşayiət olunan dinamik səhnə çıxışlarını izləyə biləcəklər.

Şimal təbiətinin estetik gözəlliyindən ilhamlanan şou dizayner kostyumları və müasir işıq effektləri ilə hər çıxışı əsl teatr tamaşasına çevirəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları