SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bakıda 7 marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda 7 marşrutun hərəkət istiqaməti dəyişdirildi

  • 09 may 2026, 10:06
Bakı

Bakıda 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Yurd.Media-ya bildirilib ki, paytaxtın Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zulalov küçəsinədək) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək) 9-11 may tarixlərində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Məhdudiyyət səbəbindən 7 müntəzəm marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilib.

39, 77, 96, 165 və 205 nömrəli marşrutlar alternativ olaraq Nazim Hikmət küçəsi və Mətbuat prospekti, 61 və 88A nömrəli marşrutlar isə Azadlıq prospekti ilə hərəkət edir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları