SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Bakı-Qazax qatarından bu qədər sərnişin istifadə edib

Bakı-Qazax qatarından bu qədər sərnişin istifadə edib

  • 30 iyun 2025, 14:00
Qazax

İyunun 15-dən “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Ağstafa–Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzadıb.

Bəs, indiyə qədər bu reyslərdən neçə sərnişin istifadə edib?

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Yurd.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 15-29 iyun tarixlərində 595 nəfər Bakıdan Qazaxa gedib.

Bildirilir ki, eyni zamanda 474 nəfər isə sürətli qatarlar vasitəsilə Qazaxdan Bakıya gəlib.

Qeyd edək ki, qatarlar hər gün saat 08:00 və 18:00-da Bakıdan Qazaxa yola düşərək müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatır. Qazax–Bakı istiqaməti üzrə isə qatarlar hər gün saat 08:00 və 16:20-də yola düşərək Bakı Dəmiryol Vağzalına saat 13:29 və 21:49-da çatır.

Prime Leasing