SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
AzTV işçilərinin sosial təminat hüquqlarını məhdudlaşdırıb

AzTV işçilərinin sosial təminat hüquqlarını məhdudlaşdırıb

  • 04 noyabr 2025, 12:41

Hesablama Palatası “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) işçilərinin sosial təminat hüquqlarını məhdudlaşdırdığını müəyyən edib.

Yurd.Media xəbər verir ki, bu barədə Palatanın "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

Belə ki, audit nəticəsində səhmdar cəmiyyətinin işçilərinə əmək haqqı kimi ödəməli olduğu vəsaitləri qonorar adı ilə rəsmiləşdirdiyi, ümumilikdə 26 milyon manat, o cümlədən 2023-cü ildə 11,3 milyon manat, 2024-cü ildə 11,6 milyon manat, 2025-ci ilin I rübündə 3,1 milyon manat ödəniş etdiyi müəyyən edilib.

Bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam tutulmaması işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.

Prime Leasing
SPE Annual Caspian