SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Azərbaycanın dövlət müəssisələri audit xərclərini 2-3 dəfə azaldıb

Azərbaycanın dövlət müəssisələri audit xərclərini 2-3 dəfə azaldıb

  • 02 aprel 2026, 13:23

Azərbaycanda dövlət müəssisələrinin maliyyə hesabatlarının auditi ilə bağlı satınalma müqavilələlərinin 1 il əvvələ nisbətən 2-3 dəfə azaldığı müşahidə olunur. 

Yurd.Media bunu dövlət satınalmalarının vahid elektron portalının açıqladığı məlumatlar əsasında araşdırıb.

Məsələn, təkcə ötən gün və bu gün açıqlanmış məlumatlar göstərir ki, audit xərcləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Tullantıları İdarəetmə Mərkəzi" MMC-də 2 354 manatdan 1 150 manata, Geoloji Kəşfiyyat Agentliyində 2 354 manatdan 899 manata, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzində 2 997 manatdan 1 032 manata, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 600 min manatdan 198 min manata, Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC -də 8,3 min manatdan 5 min manata endirilib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları