SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Azərbaycanın diplomatları Xankəndidə toplaşacaq

Azərbaycanın diplomatları Xankəndidə toplaşacaq

  • 07 iyul 2025, 23:37
Xankəndi

9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə Xankəndi şəhərində xüsusi sessiya keçiriləcək.

Yurd.Media xəbər verir ki, bu barədə diplomatik xidmət orqanlarının rəhbərlərinin bu gün Bakıda keçirilən IX müşavirəsində qeyd olunub.

Bildirilir ki, 9 iyuladək davam edəcək müşavirə çərçivəsində ikitərəfli və çoxtərəfli diplomatiya, iqtisadi, iqlim, enerji diplomatiyası, bağlantılar, məhkəmə prosesləri, humanitar və mədəniyyət diplomatiyası, beynəlxalq inkişafa yardım, xarici siyasətin kommunikasiyası, parlament diplomatiyası, beynəlxalq müqavilələr, diaspor fəaliyyəti, habelə diplomatik xidmət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına həsr olunan panel sessiyaları təşkil olunacaq.

"9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə müşavirə öz işini Xankəndi şəhərində keçiriləcək xüsusi sessiya ilə davam etdirəcək" - deyə, məlumatda bildirilir.

Prime Leasing