SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Azərbaycanın daha bir rayonunda dəbdəbəli ehsan ləğv edildi

Azərbaycanın daha bir rayonunda dəbdəbəli ehsan ləğv edildi

  • 06 avqust 2025, 16:47
Bərdə

Bərdədə yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib.

Yurd.Media xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında Bərdənin axundu Hacı Ramazan Hüseynov bildirib.

Onun sözlərinə görə, artıq Bərdə rayonunda yas mərasimlərində sadəcə çay süfrəsi təşkil olunur.

"Çay süfrəsində çay, limon, xurma verilir. Bu gün şəhid qardaşının mərasimi oldu və ehsan verilmədi", - axund əlavə edib.

Xatırladaq ki, daha öncə Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

Skat.az - Ev və Avtomobil elanları