SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Azərbaycandan Ermənistana 8 vaqon dizel yola salındı

Azərbaycandan Ermənistana 8 vaqon dizel yola salındı

  • 09 may 2026, 12:19

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

Yurd.Media xəbər verir ki, Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndərilib.

Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.

Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları