2025-ci ilin yekununda Azərbaycanda ödəniş xidməti göstərən 27 şirkət olub.
Bu barədə Yurd.Media-ya Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin yekunu ilə müqayisədə 5 vahid çoxdur.
Ötən il AMB "Tiko Azərbaycan", "Baku Pay", "Algoritma", "Guavapay" və "Azvvallet" MMC-lərə elektron pul təşkilatı, "MilliKart" MMC-yə isə ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək üçün lisenziya verib, "Kabox" MMC-yə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək üçün verdiyi lisenziyanı ləğv edib, "Modenis" və "Azərikard" MMC-lərin lisenziyalarını isə məhdudlaşdırıb.