SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Novruz bayramı qeyd olunur

Novruz bayramı qeyd olunur

  • 20 mart 2026, 00:15

Bu gün Azərbaycanda Novruz bayramı qeyd olunur.

Yurd.Media xəbər verir ki, tarixi çox qədim olan bu bayram baharın gəlişinə həsr olunur və təzə ili, yəni baharın ilk gününü qarşılamaq deməkdir.

Novruz bayramının özünəməxsus adət-ənənələri çoxdur. Həmçinin bu bayramın keçirilməsi ilə bağlı müxtəlif səbəblər, inanclar da mövcuddur.

Novruz bayramının əsas elementlərindən biri səmənidir. İlk çərşənbədən əvvəl cücərdilməyə başlayır və bayram vaxtı tam böyümüş olur.

Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlardan artırma, halay, keçəl, bənövşə, haxışta, cıdır, ənzəli, kos-kosa, yumurta döyüşdürmə, qurşaqtutma, papaqatdı və baharbəndini qeyd etmək olar.

Bayram süfrəsinin bəzəyi olan xonçaya səməni, şəkərbura, paxlava, şor-qoğal, yumurta, fındıq, qoz, badam və digər nemətlər düzülür.

Qeyd edək ki, Azərbaycana Yaz fəsli bu gün 18:45-də qədəm qoyacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları